Ramiz Əzizbəyli dəfn olunub - FOTO

Xalq artisti Ramiz Əzizbəyli dəfn olunub.
Redaktor.az-ın məlumatına görə o, Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında torpağa tapşırılıb.
Dəfn mərasimində R.Əzizbəylinin ailə üzvləri, yaxınları, sənət dostları iştirak ediblər.
Qeyd edək ki, Xalq artisti iyunun 9-u axşam vəfat edib. O, bir müddət öncə koronavirus (COVID-19) diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. //APA







