FHN Gəncədə müşavirə keçirib

 14:50 10.06.2021     270

Ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzində Nazirliyin Mülki müdafiə işinin təşkili Baş idarəsinin təşkilatçılığı ilə Mərkəzin Mülki müdafiə idarəsinin əməkdaşlarının və yerli icra hakimiyyətlərinin mülki müdafiə qərargah rəisi vəzifələrini icra edən şəxslərin iştirakı ilə müşavirə keçirilib.

Redaktor.az-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, müşavirədə FHN-in Mülki müdafiə işinin təşkili Baş idarəsi tərəfindən regional mərkəzlərə göndərilmiş nümunəvi plan əsasında şəhər və rayonların mülki müdafiə planlarının yenilənməsi və yerlərdə mülki müdafiə işinin təşkili ilə bağlı metodiki köməklik göstərilib, mövzu ətrafında suallar cavablandırılıb.

Qeyd edək ki, bundan əvvəl Mülki müdafiə işinin təşkili Baş idarəsi tərəfindən şəhər və rayonların mülki müdafiə planlarının yenilənməsi ilə bağlı 22 aprel 2021-ci il tarixində FHN-in Cənub Regional Mərkəzində və 20 may 2021-ci il tarixində Şimal-qərb Regional Mərkəzində yerli icra hakimiyyətlərinin nümayəndələrinin iştirakı ilə müşavirələr keçirilib.

Belə tədbirlərin digər regional mərkəzlərdə də davam etdirilməsi nəzərdə tutulub.