Bakıda cinsi azlıqlar evdən qovuldu: POLİS İŞƏ QARIŞDI

 19:45 10.06.2021     112

Bəzi sosial şəbəkə seqmentlərində cinsi azlıqların təzyiqə məruz qalması ilə bağlı yayılan iddialar əsassızdır, həqiqəti əks etdirmir. 

Redaktor.az-ın məlumatına görə, bu haqda Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, son günlər paytaxtın Nəsimi rayonunda cinsi azlıqların kirayə götürdüyü mənzillərlə bağlı daxil olan fakt üzrə müvafiq araşdırmalar aparılır. Mənzil sahiblərinin və sakinlərin şikayətləri əsasında onlara məxsus evlərdən cinsi azlıqların çıxarılması ilə bağlı yaranan mübahisəli halla bağlı daxil olan fakt üzrə qanunvericiliyə uyğun müvafiq tədbirlər görülür:

"Rayonun Azadlıq prospektində mənzillərdən birinin sahibi ilə kirayəşinlər arasında evdən məcburi çıxarılan zaman yaranan mübahisə zəminində sonuncunun xəsarət alması ilə bağlı müvafiq ekspertiza təyin edilib, hazırda araşdırmalar davam etdirilir. 

 

Tərəflər arasında yaranan mübahisənin xüsusatlarının araşdırılması zamanı cinsi azlıqların təhlükəsizliyi, onların hüquq və azadlıqlarının qorunması qanunvericiliyə uyğun təmin edilir. 

Qeyd olunanları nəzərə alaraq diqqətə çatdırırıq ki, tərəflərin qarşılıqlı şikayətləri əsasında aparılan araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".