Bu komissiyalar üzrə qeydiyyatdan keçmiş abituriyentlərin NƏZƏRİNƏ

 21:45 10.06.2021     113

Ali təhsil müəssisələrinin Bakıda fəaliyyət göstərən dizayn (14), dekorativ sənət (15), məşqçilik (61), fiziki tərbiyə və gənclərin çağırışaqədərki hazırlığı müəllimliyi (62) komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlər öz səhifələrinə daxil olub qabiliyyət imtahanına buraxılış vərəqəsini çap edə bilərlər.

Redaktor.az xəbər verir ki, bu barədə "Qafqazinfo"ya Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qeyd olunub ki, digər komissiyalar üzrə buraxılış vərəqələrinin verilməsi haqqında da məlumat veriləcək.