Dövlət Vergi Xidmətinin Aparatı yeni ünvana köçüb

 13:43 11.06.2021     96

Dövlət Vergi Xidmətinin Aparatının yeni ünvan köçüb.

Dövlət Vergi Xidmətindən Redaktor.az-a bildirilib ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatı artıq yeni – AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 155 ünvanında yerləşən inzibati binada fəaliyyətə başlayıb:

"Dövlət Vergi Xidmətinin Aparatına kağız daşıyıcıda təqdim etməli olduğunuz sənədləri (müraciətləri) yeni inzibati binanın ünvanına - AZ 1029, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi, Heydər Əliyev prospekti, 155 ünvanına göndərməyiniz xahiş olunur".