Bakıya uçuş biletlərinin qiymətlərində CİDDİ ARTIM

 23:45 11.06.2021     82

AÇ-2020-nin Bakıda keçiriləcək oyunlarına Türkiyədən böyük maraq var.

Redaktor.az  xəbər verir ki, Türkiyə yığmasının oyunlarını stadiondan izləmək istəyən yerli azarkeşlər təyyarə biletlərinə böyük maraq göstərirlər.

Türkiyə yığmasının xüsusilə, iyunun 16-da Uels və 20-də İsveçrə ilə oynayacağı oyunlar üçün Bakıya aviabilet axtarışlarında 5 qat, qiymətlərdə isə 130 faizlik artım olub. “Enuygun.com” səyahət portalının eksperti Tuğba Hacıbayramoğlu aviabiletlərdə qiymət artımı ilə bağlı bunları deyib:

“Millimizin qrupdakı Uels və İsveçrə ilə oyunları Bakıda olacaq. Hər iki oyun üçün Bakıya təyarrə biletlərinə böyük maraq var. İyunda Azərbaycana aviabilet axtarışında 5 qat, bu tarixlər üçün qiymətlərdə isə 130 faizlik artım var. Biletlərin bu tarixlərə olan əvvəlki qiymətləri ortalama 850 TL (171 manat) idisə, indi 2,098 TL-dir (423 manat) “.

Türkiyə yığması AÇ-2020-nin qrup mərhələsinin ilk matçında bu gün İtaliya ilə qarşılaşacaq. Romada keçiriləcək oyun saat 23:00-da başlayacaq.

Türkiyə yığması iyunun 16-də Uels, 20-də isə İsveçrə ilə Bakıda qarşılaşacaq.//Qafqazinfo.az