20 Yanvar şəhidi İlham Allahverdiyevin doğum günüdür - VİDEO

 11:49 12.06.2021     2348

Bu gün 20 Yanvar şəhidi İlham Əjdər oğlu Allahverdiyevin doğum günüdür.

Redaktor.az-ın məlumatına görə, o, 1962-ci ilin məhz bu günündə dünyaya göz açıb.

20 Yanvar hadisələri zamanı İlham Allahverdiyev Vətən uğrunda canını fəda etmiş qəhrəmanlarımızdan biridir. İlham və Fərizə ölkəmizin sevgi simvoluna çevriliblər.

Onların şərəfinə sözləri yazıçı-publisist Seymur Şeydayevə, musiqisi isə Səyyad Allahverdiyevə məxsus mahnı həsr edilib. 

“İlahi sevgi” adlanan mahnını tanınmış müğənni Tacir Şahmalıoğlu ifa edib.