Bu il Azərbaycanda 974 əkiz, 27 üçəm doğulub

 17:04 14.06.2021     242

Bu ilin yanvar-aprel aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 39728 doğulan körpə qeydə alınıb.

Dövlət Statistika Komitəsindən Redaktor.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstərici 12,1 təşkil edib.

Doğulanların 53,0 faizi oğlan, 47,0 faizi isə qız uşaqlarıdır. Körpələrdən 974-ü əkiz, 27-si isə üçəm doğulanlardır.