Qalmaqallı görüntülərlə bağlı DİN hərəkətə keçdi - VİDEO

 11:39 15.06.2021     393

“Zevs” ləqəbi ilə tanınan bloger Ruslan Quliyevin izləyicisini döyməsi ilə bağlı yayılan videogörüntülər Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb.

Redaktor.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev hazırda araşdırma aparıldığını deyib:

“Araşdırmaların nəticəsindən asılı olaraq, əmələ hüquqi qiymət veriləcək”. 

Qeyd edək ki, yarım milyondan çox izləyicisi olan yutuber ötən gün kanalında “Məndən nifrət edən izləyicimlə görüşdüm, dava düşdü” başlıqlı video paylaşıb. Həmin görüntülərdə  R.Quliyev izləyicisi ilə görüşərək onunla söhbət edib, söhbət əsnasında ondan nəyə görə xoşu gəlmədiyi barədə sual verib?  Daha sonra “Zevs” masanın üzərində dəmir qabda olan enerji içkisini izləyicisinin başına çırpıb.

Ruslan sonradan videonu öz kanalından silsə də, görüntülər sosial şəbəkələrdə sürrətlə yayılıb.

Aysel Hacıyeva / Redaktor.az