Milli Qurtuluş Günü ilə əlaqədar silsilə tədbirlər - Gənclər Kitabxanası / FOTO

 17:10 15.06.2021     383

Bugün müstəqil Azərbaycan Respublikasının tarixində dönüş nöqtəsi kimi səciyyələndirilən, ölkəmizi bütövlüyə, birliyə, müstəqilliyinin möhkəmləndirilməsinə aparan bir gün-15 İyun Milli Qurtuluş günüdür.

Redaktor.az xəıbər verir ki, Azərbaycanın tarixinə qızıl hərflərlə yazılmış bügün ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorumuş, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırmış və inkişafın təməlini qoymuşdur. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngimiş, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olub. Bugün ümummilli liderin yolunu uğurla davam edən Prezident cənab İlham Əliyevin müdrik siyasəti, şanlı ordumuz və xalqımızın birliyi sayəsində biz bu tarixi qələbə qazanmış bir xalq olaraq qeyd edirik.

Gənc nəslin vətənpərvərlik tərbiyəsində yaxından iştirak edən, daim Azərbaycan tarixinin əlamətdar günlərinin təbliğatı ilə məşğul olan Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası 15 İyun Milli Qurtuluş Gününə həmişə böyük məsuliyyət hissi ilə yanaşıb. Bu il də istisna olmayıb. Belə ki, kitabxana 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar gənclərin iştirakı ilə onlayn tədbir keçirməklə yanaşı, bu əlamətdar günə həsr olunan bir sıra video materiallar da hazırlayıb.

Kitabxananın əməkdaşları tərəfindən hazırlanan video çarxda bu tarixin bütün hadisələri ardıcıllıqla əks etdirilir. Video çarxda o günlərin abu havası, xalq içərisində yaşanan gərginlik, xalqın Heydər Əliyevin ətrafında bir yumruq kimi birləşməsi geniş formada, tarixi faktlar və görüntülər əsasında işıqlandırılıb. Hazırlanan materialda, ulu öndər Heydər Əliyevin əzmkar mübarizəsi, müdrik siyasəti sayəsində 15 İyun tarixinin təkcə dövlətçiliyimizin xilası deyil də, bu tarixin həm də Azərbaycanın bu gününü, sabahını müəyyənləşdirən bir çevriliş nöqtəsi olması göstərilib.

Video materialda hadisələr xronoloji ardıcıllıqla, müvafiq bölmələrə ayrılaraq verilib. Bundan əlavə Respublika Gənclər Kitabxanası ulu öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş onun şəkillərindən ibarət geniş bir foto slayd da hazırlanıb. Burada ulu öndərin həyat və fəaliyyətini əks etdirən, müstəqil Azərbaycanın Prezidenti olduğu illərin foto şəkilləri nümayiş olunur. Bundan əlavə, izləyicilər burada Heydər Əliyevin ailə fotolarından da bəzilərini görə bilərlər.

Bütün sözü gedən materiallar kitabxananın sosial şəbəkələrində yerləşdirilmişdir. Bu materiallar ilə tanış olmaq arzusunda olan istifadəçilər aşağıdakı linklərdən yararlana bilərlər.

https://www.instagram.com/tv/CQGLP0DBHFg/

https://www.instagram.com/tv/CQGSWVohjTt/

https://www.instagram.com/tv/CQBjM3bhN0y/

222