“Verdiyimiz sözü çox şükür yerinə yetirdik” - ƏRDOĞAN

 18:15 15.06.2021     210

"Qırx dörd günlük müharibə nəticəsində Qarabağ, çox şükür, sahiblərinə qayıtdı və erməni zülmündən, erməni işğalından azad edildi".

Redaktor.az xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 15-də Şuşada mətbuata bəyanatında söyləyib.

15 iyun – Milli Qurtuluş Günü münasibətilə ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla anan Türkiyə Prezidenti deyib: “Qəhrəman Azərbaycan Ordusunun Qarabağ Zəfərinin sevincini qardaşım cənab Əliyevlə birlikdə keçən il dekabrın 10-da Bakıda birlikdə bölüşmüşdük. O gün tamamilə başqa bir coşqu, həyəcan var idi. Altı ay sonra qədim Şuşada onunla bir yerdə olmaqdan böyük məmnunluq duyuram. Verdiyimiz sözü çox şükür yerinə yetirdik”.//Qafqazinfo.az