Ərdoğan SOCAR-la birgə investisiyaların həyata keçirilə biləcəyindən DANIŞDI

 19:44 15.06.2021     239

“Türkiye Petrolleri” (TPAO) başda olmaqla bir çox şirkətimizin Azərbaycanda çox önəmli investisiyaları var”.

Redaktor.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.

O bildirib ki, eləcə də Dövlət Neft Şirkəti - SOCAR başda olmaqla bir çox Azərbaycan şirkətlərinin Türkiyəyə investisiyalarından məmnundurlar:

 

“Sadəcə Türkiyədə deyil, lazım gəldikdə SOCAR-la “Türkiye Petrolleri”nin üçüncü ölkələrə yatırım etməsini qardaşım İlham Əliyevlə birgə müzakirə etdik. Bunun üzərində ayrıca çalışırıq və çalışacağıq”.//Sherg.az