Tələbələrə şad xəbər var - NAZİR AZ ÖNCƏ AÇIQLADI

 11:37 18.06.2021     570

"Kreditlərin ödənilməsində tələbələrə güzəştlər ediləcək".

Redaktor.az xəbər verir ki, bu sözləri təhsil naziri Emin Əmullayev gün keçirilən brifinqdə deyib. 

Nazir bildirib ki, tələbə təhsilini bitirdikdən sonra da hissə-hissə ödəniş edəcək, əgər tələbənin işləmədiyinə görə maddi imkanı olmasa və ya hərbi xidmətdə olduqda kreditin ödənilməsi üçün qısa müddətli fasilə veriləcək.

Emin Əmrullayev bundan əlavə qeyd edib ki, təhsil krediti tələbənin özünə yox onların təhsil aldıqları universitetlərə veriləcək. 

Aysel Hacıyeva / Redaktor.az