DİQQƏT: Bakıda bu yollarda hərəkət məhdudlaşdırılıb - SİYAHI

 16:48 20.06.2021     913

AVRO-2020 Futbol üzrə Avropa çempionatının Bakıda keçiriləcək oyunları ilə əlaqədar polis tərəfindən gücləndirilmiş tədbirlər həyata keçirilir.

Redaktor.az xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, oyunların keçiriləcəyi Olimpiya stadionu və ətrafı polis tərəfindən tam nəzarətə götürülüb.

“Hazırda Olimpiya stadionu istiqamətində gedən bütün küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub. Azarkeşlər, iştirakçılar və təşkilatçıların hərəkəti isə xüsusi emblemi ilə müəyyən olunur. Ziya Bünyadov prospektindən “Koroğlu” metrostansiyası istiqamətində hərəkət edərkən 9-cu köndələn küçəsi ilə kəsişmədən Xəlil Rza Ulutürk küçəsi istiqamətində, həmçinin Ziya Bünyadov prospekti ilə Xəlil Rza Ulutürk küçəsi ilə kəsişmədən Böyükşor bulvarı istiqamətində hərəkətı məhdudiyyət qoyulub. //Oxu.az