“Davam”ın üzvüləri “AZGRANATA” zavodunda olublar - FOTO

 13:44 21.06.2021     1007

“Davam” Gənclər Hərəkatının üzvüləri  "AZGRANATA" zavodunun qonağı olublar. 

Redaktor.az xəbər verir ki, qonaqlar əvvəlcə “AZGRANATA” MMC-yə məxsus üzüm bağlarında olmuş, burada yetişdirilən yerli və xarici üzüm sortları haqqında məlumat əldə ediblər. Daha sonra qonaqlar Ağsu rayonuna gələrək burada “AZGRANATA” şirə və şərab emalı zavodu ilə tanış olublar. 

Qeyd edək ki, “Davam”ın əsas məqsədi ictimai-siyasi proseslərdə aktiv rol almaq, gənclər və idman siyasətinə yeni və fərqli layihələrlə töhfə vermək, şəbəkələşərək böyümək və ətrafına daha çox gənc toplamaqla ölkəmizdə aparılan islahatlar prosesinə fayda verməkdir.

222222222