Azərbaycanda güclü yanğınla bağlı XƏBƏRDARLIQ

 12:09 22.06.2021     355

Havaların anomal isti keçməsi meşələrdə yanğınların baş verməsi ilə nəticələnə bilər.

Redaktor.az xəbər verir ki, əhaliyə bu həftə yayın ən isti günlərinin keçəcəyi barədə xəbərdarlıq edilib. Bildirilib ki, havanın temperaturu 44 dərəcəni keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin rəis müavini Mehman Səfərov insanları daha diqqətli olmağa çağırırb. Onun sözlərinə görə, havaların kəskin isti keçməsi, küləyin sürəti yanğınların baş verməsinə səbəb ola bilər:

Bu kimi hadisələrin qarşısının alınması üçün meşələrdə tör-töküntülərin yığışdırılması prosesləri gedir. Yanğınsöndürən maşınların normal hərəkət etməsi üçün yolların açılması istiqamətində işlər görülür”.

Bundan əlavə olaraq qeyd edilib ki, meşə yanğınları daha çox insan müdaxiləsindən baş verir:

“Siqaret çəkib kötüyünü yerə atmaq, şüşə əşyaların meşəyə yaxın ərazilərə atılması, piknik edildikdən sonra ocağın tam söndürülməməsi və s. səbəblərdən meşələrə ziyan dəyir. Meşə gözətçilərinə tapşırıqlar verilib, ciddi şəkildə nəzarət edirlər.  Bir nəfərin səhlənkarlığı nəticəsində, bir siqaret kötüyünün atılması nəticəsində böyükmiqyaslı yanğın ola bilər. Vətəndaşlarımızı diqqətli olmağa çağırırıq”.

Aysel Hacıyeva / Redaktor.az