Yabanı halda bitən çətənə kolları məhv edilib

 17:02 24.06.2021     246

Daşkəsəndə yabanı halda bitən çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Redaktor.az-a verilən məlumata görə, Daşkəsən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Astaf kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 2487 kiloqramdan artıq olan, 8495 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.