Vətən müharibəsi qazisi şəhid olub - FOTO

 09:57 25.06.2021     444

Azərbaycan ordusunun Vətən müharibəsində yaralanan hərbi qulluqçusu vəfat edib.

Redaktor.az bildirir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, kiçik çavuş Kazımov Ruslan Mustafa oğlu iyunun 24-də yaşadığı evdə vəfat edib.

1988-ci il təvəllüdlü R.Kazımovla vida mərasimi onun doğulub boya-başa çatdığı Ağstafa rayonunun Kolxəlifəli kəndindəki evində keçirilir. //Oxu.az

2222