İyulun 28-də avtobuslar işləyəcək - RƏSMİ

 10:07 25.06.2021     328

Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən 26 iyun saat 00:00-dan 28 iyun saat 06:00-dək Bakı şəhərində müntəzəm sərnişindaşımaları dayandırılacaq.

Redaktor.az bildirir ki, bu barədə BNA məlumat yayıb.

Məlum olduğu kimi, 26 iyun Silahlı Qüvvələr günü şənbə gününə təsadüf etdiyindən, 28 iyun bazar ertəsi günü qeyri-iş günü hesab edilir.

Lakin Nazirlər Kabinetinin müvafiq qərarında da göstərildiyi kimi 28 iyun saat 06:00-dan müntəzəm sərnişindaşımaları adi rejimdə icra ediləcək.