SON DƏQİQƏ: Rəşad Məcid yüksək vəzifəyə TƏYİN EDİLDİ

 15:55 01.07.2021     790

Azərbaycan Yazıçılar Birliyində (AYB) yeni kadr təyinatları olub.

Redaktor.az xəbər verir ki, AYB-nin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bildirib ki, Rəşad Məcid AYB sədrinin müavini, Elçin Hüseynbəyli və Səlim Babullaoğlu birliyin katibləri təyin olunublar.

Onun sözlərinə görə, bundan əlavə, Sayman Aruz AYB sədrinin müşaviri təyin edilib.

Qeyd edək ki, daha əvvəl R.Məcid təşkilatda gənclər üzrə katib, E.Hüseynbəyli sədrin müşaviri, Səlim Babullaoğlu isə Bədii tərcümə və ədəbi əlaqələr mərkəzinin vəzifəsində çalışıb. S.Aruz isə Güney Azərbaycan komissiyasının sədri olub. //Report.az