OPEC-in iclası başlayıb

 16:56 01.07.2021     119

OPEC üzv ölkələrinin ümumi iclası videoformatda işə başlayıb.

Redaktor.az xəbər verir ki, həmin iclasdan sonra OPEC+ Nazirlər Monitorinq Komitəsinin, Bakı vaxtı ilə saat 19:00-da isə OPEC+ formatının iştirakçı ölkələrinin onlayn görüşü keçiriləcək. Bu görüşlərdə neft hasilatının iyul ayından sonrakı dövrdəki səviyyəsi razılaşdırılmalıdır. Belə ki, hasilatın bundan sonra artırılıb-artırılmayacağı müzakirə olunacaq.

Xatırladaq ki, ötən il koronavirus pandemiyası səbəbindən neft bazarında tələbatın azalması ilə bağlı OPEC+ çərçivəsində may ayından gündəlik hasilat 2018-ci ilin oktyabr səviyyəsinə nisbətən 9,7 milyon barel ixtisar edilmişdi. Sonradan vəziyyət sabitləşdikcə hasilatla bağlı qərarlara müvafiq dəyişikliklər edilib. Belə ki, cari ilin may ayında hasilat ixtisarı 6,55 milyon barel, iyun ayında 6,2 milyon barel, iyulda isə 5,76 milyon barel təşkil edib. Səudiyyə Ərəbistanının təşəbbüsü ilə may ayında hasilatın ixtisarı 7,3 milyon barel, iyunda isə 6,6 milyon barel olub. //Report.az