Vilayət Eyvazov rəis müavinini işdən çıxarıb

 18:53 01.07.2021     250

Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.

Redaktor.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Baş Dövlət Yol Polisi İdarəsinin Sabunçu rayonunda yerləşən Müayinə mərkəzinin rəis müavini Gəray Məmmədov tutduğu vəzifədən azad edilib. //Unikal.org.az