Mehriban Əliyevadan Musa Yaqubun qəbirüstü abidəsi ilə bağlı TAPŞIRIQ

 12:48 02.07.2021     103

Heydər Əliyev Fondu Xalq şairi Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması xərclərini öz üzərinə götürüb.

Redaktor.az xəbər verir ki, bununla bağlı Birinci vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev Fonduna tapşırıq verib.

Bu barədə məlumatı İsmayıllı rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov saytımıza təsdiqləyib.

O bildirib ki, artıq Musa Yaqubun qəbirüstü abidəsinin hazırlanması ilə bağlı işlərə başlanılıb.

Qeyd edək ki, M.Yaqub mayın 7-də İsmayıllı rayonunun Buynuz kəndində yaşadığı evdə vəfat edib.

O, həmin kənd qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb. //Oxu.az