Yanğın təhlükəsizliyi ilə bağlı XƏBƏRDARLIQ - VİDEO

 14:44 02.07.2021     767

Baş Prokurorluq yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması ilə bağlı xəbərdarlıq edib.

Baş Prokurorluğun mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, xəbərdarlıqda qeyd olunub ki, son zamanlar ölkə ərazisində yanğın hadisələrinin sayı artıb. Ağaclıq və taxıl sahələrində, meşə massivlərində yanğın təhlükəsizliyi tələblərinə riayət olunmaması, tütün məmulatlarının və ya digər yanacaq tullantılarının həmin ərazilərə atılması kimi zidd əməllərin törədilməsi baş vermiş hadisələrə əsas səbəblərdəndir: “Bu qəbildən olan qanun pozuntularına yol vermiş şəxslər məsuliyyətə cəlb olunacaqlar!”

Vumart və Güvən reklamı Vumart Güvən