DİQQƏT: Azərbaycanda müddət uzadıldı - COVID-19

 15:19 02.07.2021     553

Koronavirus xəstəliyini keçirən və qeydiyyatda olan şəxslər sağaldıqdan 6 ay sonra COVID-19-a qarşı Azərbaycanda istifadə olunan hər hansı vaksinin bir dozasını aldıqda "İmmunitet sertifikatı”nın müddəti 6 ay uzadılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.