“Jurnalistlərin binası” ilə bağlı Əhməd İsmayılovdan - AÇIQLAMA

 18:26 02.07.2021     396

“Jurnalistlər üçün tikilən son bina hələ podratçı şirkət tərəfindən təhvil verilməyib”. 

Redaktor.az xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, binada hələ görüləcək işlər var: “Binanın nə zaman təhvil veriləcəyi ilə bağlı məlumat yoxdur. Eyni zamanda jurnalistlərə verilməsi barədə də hər hansı qərar yoxdur. Qərar olduğu təqdirdə ictimaiyyətə məlumat veriləcək”.