Bilgəh çimərliyindəki vəziyyətlə bağlı - AÇIQLAMA

 19:50 02.07.2021     543

Sosial şəbəkələrdə Bilgəh çimərliyinə yaxın sahəyə məişət tullantılarının atılması barədə daxil olan fotogörüntü paylaşılıb.

Redaktor.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, ərazi Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşlarının nəzarəti altında Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin işçiləri tərəfindən tullantılardan təmizlənib.

Gələcəkdə belə hallara yol verilməməsi məqsədilə Sabunçu Rayon MKTB-yə məcburi göstəriş verilib.