"Qazın bahalaşmasına qəti qarşıyam" - LALƏ AZƏRTAŞ

 21:13 02.07.2021     428

“Sosial şəbəkələrdə  gündəmi mənim təhrif olunmuş çıxışım zəbt edir. Böyük təəccüb  və təəssüf içindəyəm. Nəyə görə? Qara  PR-ı başa düşdüm. Bundan qazanırsınız, reytinq əldə edirsiniz və sair.  Niyə bir xanımın çıxışının əvvəlini və axırını kəsib, ortadakı cümləni-mürəbbə məsələsini  fərqli başlıqla insanlara “yedizdirməyə” çalışdınız? Ağzınız şirin oldumu?  Çətin!”

Redaktor.az xəbər verir ki, bu sözləri aparıcı Lalə Azərtaş İnstaqramda paylaşdığı videoda söyləyib. O, açıqlamasına bunları da əlavə edib:

 

“Təəssüflənirəm ki, insanlar sona qədər qulaq asmadan, səs tonumdakı ehyamı, sarkazmı tutmadan, son dediyim qiymət artımına qəti qarşıyam  sözünü eşitmədən telefonlarını əllərinə alıb yazmağa başladılar. İndi məndə bir rahatlıq və sevinc hissi var. Mənim qazi qardaşlarım, bacınız sizə qurban. Fərqli formada dəstək nümayiş etdirdilər. Həmçinin şəhid ailələri , qızım, yanındayıq, sən bizimlə olduğun kimi, dedilər. Əllərinizdən öpürəm. Bu, mənim peşə borcumdur. Biz mavi ekrana həqiqətləri səsləndirmək üçün çıxırıq. Bəs siz özünüz yazırdınız ki, necə gözəl yerində suallar verib, bizim adımızdan danışırsınız.  Axı sevdiklərimizi müdafiə etməyi bacarırıq. Diqqətlə qulaq assanız, orda nəyi necə dediyimi biləcəksiniz. Mən sizi sevirəm. Bu yolu dəyişən deyiləm. Bundan sonra da verilişlərdə mövqeyimizi görəcəksiniz. Dünən də görənlər, görmək istəyənlər gördülər. Sizi sevirəm.  Mən də həmin qazdan işlədirəm. Bu pul mənim kimi sizin də cibinizdən çıxacaq.  Artıq bu məqamlara toxunmuram. Diqqətlə izləyin hər şey sizə aydın olacaq. Çünki siz ağı qaradan seçən, gözü tərəzi olan insanlarsınız”. //Konkret.az.