Sumqayıtda istirahət mərkəzinin icarədarı cərimələnib

 14:10 03.07.2021     174

Sumqayıtda istirahət mərkəzinin icarədarı cərimələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumları ilə birgə keçirdikləri tədbir zamanı iyulun 1-də Sumqayıt şəhərində dənizkənarı sahildə yerləşən “Antalya” istirahət mərkəzinin atmosferə atılan zərərli tullantıları təmizləyən müvafiq qurğusu olmadan fəaliyyət göstərdiyi aşkar olunub.

Oranın icarədarı barəsində İnzibati Xətalar Məcəlləsinin 237.1-ci maddəsi ilə protokol tərtib edilib.