Meşələrin mühafizəsi polisə tapşırılır? - AÇIQLAMA

 19:24 03.07.2021     356

Meşələrin qırılmasında kim və ya kimlərin əli varsa, mütləq hüquqi müstəvidə cavab verməli olur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu cür əməlləri törədən şəxslər barədə hüquq mühafizə orqanlarına ən çox məlumat ötürən qurumlardan biridir.

Redaktor.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev bildirib.

Onun sözlərinə görə, nazirlik tərəfindən meşələrin mühafizəsi ilə bağlı Nazirlər Kabinetinə təkliflər göndərilib:

“Orada qeyd edilib ki, pilot layihə kimi meşələrin mühafizəsi işi hüquq mühafizə orqanlarına, özəl mühafizə təşkilatlarına verilsin”.

“Nazirlər Kabineti məsələyə razılıq verdikdən sonra növbəti işlər yerinə yetiriləcək. Ümid edirik ki, bu praktika özünü doğruldacaq”, - deyə nazir müavini əlavə edib. //Axar.az.