Sabah 42 dərəcə isti olacaq

 13:03 04.07.2021     330

İyulun 5-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Redaktor.az-a verilən məlumata görə, cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 22-26 isti, gündüz 35-38 isti, Bakıda gecə 24-26 isti, gündüz 36-38 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 748 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-65 , gündüz 35-40 faiz olacaq.

Abşeron çimərliklərində cənub küləyi günün ikinci yarısında mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba çimərliklərində 24-25° isti, Türkan, Hövsan, Sahil, Şıxda isə 25-26° isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən sabah Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün zəif və mülayim tərəddüdü gözlənilir.

İyulun 5-də Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 22-27 isti, gündüz 35-40, bəzi yerlərdə 42 isti, dağlarda gecə, 15-20 isti, gündüz 26-31 dərəcə isti olacaq.