Xankəndidə nə baş verir? - 76 erməni ailəsi İLK DƏFƏ QARABAĞDA

 22:42 04.07.2021     292

44 günlük Vətən müharibəsinin bitməsindən bu günə kimi daha öncə Qarabağda yaşamayan 76 ailə Xankəndiyə köçürülüb.

Redaktor.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Ümumilikdə isə Qarabağda ilk dəfə yerləşdirilən ermənilərin sayı 376-dır.

Təkcə ötən ay 8 erməni ailəsi (39 nəfər) Xankəndiyə köçürülüb. Daha 10 ailənin isə köçürülməsinə hazırlıq getdiyi bildirilib.

Qeyd edək ki, 14 noyabr 2020-ci ildən etibarən rus sülhməramlıları ümumilikdə Qarabağa 52,7 min erməni yerləşdirdiklərini açıqlamışdılar. Bir müddət öncə isə Azərbaycanın Qarabağ bölgəssinin rus sülhməramlılarının məsuliyyət zonasında hələ də qalmaqda davam edən separatçı-terrorçu Araik Arutyunyan Qarabağda cəmi 35 minə qədər erməni olduğunu açıqlamışdı.

Azərbaycan xüsusi xidmət orqanlarına istinadla ölkə mediası isə Qarabağda ortalama 30 min erməni məskunlaşdırıldığını elan edib. //Axar.az.