Xəzər dənizində yeni partlayışlar olacaq? - EKSPERT İZAH EDİR...

 12:23 05.07.2021     458

Dünən gecə saatlarında Xəzər dənizində baş verən dəhşətli partlayış hər kəsi qorxuya saldı. Xəzər dənizində, Ələt istiqamətində neft platformalarından birində partlayış baş verdiyi deyilirdi. Lakin hadisə ilə bağlı rəsmi açıqlamada qeyd olundu ki, SOCAR-ın birbaşa nəzarətində olan dəniz platformalarında və sənaye obyektlərində hər hansı qəza baş verməyib, Ələt istəqamətində dənizdə müşahidə olunan partlayışla əlaqədar ilkin ehtimal palçıq vulkanının püskürməsidir.

Mövzu ilə bağlı Redaktor.az saytının suallarını Ekoloq Telman Zayenalov cavablayıb. Ekspert bildirib ki, Xəzərdə daimi olaraq müxtəlif təkanlar baş verir:

“Bu təkanlar bəzi hallarda vulkan püskürməsinə səbəb olur. Dünən baş verən hadisənin vulkan püskürməsi olma ehtimalı çoxdu. Daha əvvəl də belə partlayışlar olub. 15 il bundan öncə Xəzər dənizində sahil boyu iki dəfə partlayış baş vermişdi. Bu partlayışların nəticəsində iki ədəd süni vulkanik mənşəli ada yarandı. Sonradan su tədricən bu adaları yuyaraq apardı”.

T.Zeynalov qeyd edib ki, bu partlayışların heç bir təhlükəsi yoxdur:

“Hazırda bu barədə müxtəlif iddialar səsləndirilir. Bu partlayışlar torpağın hələ ölmədiyinin sübutudur. Belə böyük partlayışların nə vaxt baş verəcəyini əvvəlcədən təyin etmək mümükn olmur. Çünki bu təbiət hadisəsidir. Təəssüflər olsun ki, Azərbaycanda bu sahə ətraflı araşdırılmır”.

Şəbnəm Mehdizadə