Yollarda avtomobillərin sıxlığı ilə bağlı SON VƏZİYYƏT

 13:44 05.07.2021     452

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxt yollarında avtomobillərin sıxlığı ilə bağlı son vəziyyəti açıqlayıb.

BNA-dan Redaktor.az-a verilən məlumata görə, sıxlıq müşahidə olunan küçələr aşağıdakılardır:

1. Üzeyir Hacıbəyli küçəsi - (Cavanşir körpüsünün üzərindən,Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməyə qədər, Hökumət Evi istiqamətində);

2. Akademik Həsən Əliyev küçəsi - (1 saylı Bakı "ASAN xidmət" mərkəzinin qarşısı da daxil olmaqla,Mərdanov qardaşları küçəsi ilə kəsişmədən,Xan Şuşinski küçəsi ilə kəsişməyə qədər,Azadlıq prospekti ilə kəsişmə istiqamətində);

3. Şah İsmayıl Xətai prospekti (Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən,Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməyə qədər,Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospektinə çixan yol) davamlı olaraq qısa müddətli sıxlıqlar müşahidə olunur;

4. Ziya Bünyadov prospekti - (Ələsgər Qayıbov küçəsi ilə kəsişmədən başlayaraq,Çermet körpüsü üzərinə qədər və eyni zamanda,Əliyar Əliyev küçəsi ilə kəsişmədən başlayaraq,Əsas yol,20 Yanvar dairəsi istiqamətində);

5. Tbilisi prospekti – Əsas yol - (20 Yanvar dairəsindən başlayaraq,əsasən,Abdulvahab Salamzadə küçəsi ilə kəsişməyə qədər, Şəhər mərkəzi istiqamətində);

6. Qara Qarayev prospeklti – (Xalqlar Dostluğu metro stansiyasının qarşısından başlayaraq,Bəhruz Nuriyev küçəsi ilə kəsişməyə qədər,Neftçilər metro stansiyası istiqamətində);

7. 28 May küçəsi (Azadlıq prospekti ilə kəsişmədən,Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər).