Bakıda 28 nəfəri gün vurub

 16:22 05.07.2021     511

30 iyun-5 iyul tarixlərində günvurma şikayəti ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardıma 9 nəfər müraciət edib.

Səhiyyə Nazirliyindən Redaktor.az-a bildirilib ki, onlardan 1 nəfəri uşaq olub. Böyüklərdən isə 3 nəfəri hospitalizasiya edilib, 5 nəfərə yerində yardım göstərilib.

Yay mövsümü başlayandan Bakıda 28 nəfəri gün vurub.