Masallıda bağlanan məktəblə bağlı AÇIQLAMA

 19:16 05.07.2021     208

Masallı rayonunda sakinlər bağlanan təhsil müəssisəsi ilə bağlı narazılıq bildirilər.

Redaktor.az xəbər verir ki, belə ki, bununla bağlı Oxu.az-a rayonun Kürdəbazlı kənd sakinləri müraciət ediblər.

Sakinlər deyir ki, artıq bir müddətdir ki, Kürdəbazlı kənd orta məktəbi bağlanıb:

“Artıq 5 ilə yaxındır ki, kənd məktəbi bağlıdır, yerində yeni məktəb binasının tikilib-tikilməməsi ilə bağlı heç bir məlumat verilmir. Məktəbdə 150 nəfər şagird təhsil alırdı. Şagirdlər təxminən 3 km aralıda yerləşən qonşu kəndə köçürülüb lakin, məktəbin aqibəti barədə heç nə deyilmir”.

Məsələ ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. Nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, sözügedən məktəbin müəllim və texniki işçiləri rayonun digər məktəblərində işlə təmin olunublar:

“Belə ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Stradegiyası”na uyğun olaraq təhsil müəssisələrinin rasionallaşdırılması çərçivəsində Təhsil Nazirliyinin 01.05.2017-ci il tarixli 209 nömrəli əmrinə əsasən 2017/2018-ci tədris ilinin əvvəlindən Kürdəbaz kənd R.Bəyişov adına ümumi orta məktəbinin fəaliyyəti dayandırılıb. Məktəbin şagird kontingenti 1,5 km məsafədə yerləşən Qarğalıq kənd Ə.Vəliyev adına tam orta məktəbinə və digər məktəblərə köçürülüb. Şagirdlərin yaxınlıqdakı məktəblərə aparılıb gətirilməsi üçün Təhsil Nazirliyinin vəsaiti hesabına nəqliyyat ayrılıb”.