Yabanı halda bitən çətənə kolları məhv edilib

 01:28 06.07.2021     358

Şabran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən “Xaş-xaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Gəndov kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Redaktor.az-a verilən məlumata görə, ümumi çəkisi 100 kiloqramdan artıq olan, 234 ədəd çətənə kolları kökündən çıxarılıb və yandırılaraq məhv edilib.