Xocalı polisinə yeni rəis müavini təyin olunub

 23:45 05.07.2021     71

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xocalı rayon Polis Şöbəsinə yeni rəis müavini təyin olunub.

Redaktor.az-ın məlumatına görə, polis mayoru Rəşad Salahov xidmət üzrə rəis müavini vəzifəsinə təyin edilib.

Yeni vəzifəyə təyin edilən polis mayoru daha öncə Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin baş əməliyyat müvəkkili işləyib. //BAKU.WS