Azərbaycan xalqına ağır itki üz verib - ÇOX TƏƏSSÜF Kİ...

 12:16 06.07.2021     257

Moskvada yaşayan həmvətənimiz, dünya şöhrətli arxeoloq Rauf Maqomedoviç Munçayev iyulun 4-də 93 yaşında vəfat edib.

Redaktor.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya AMEA Arxeologiya və Etnoqrafiya İnstitutundan məlumat verilib.

Qeyd edək ki, Rauf Munçayev 1928-ci il sentyabrın 23-də Zaqatalada anadan olub.

Ötən əsrin 60-cı illərində R.Munçayev ardıcıl olaraq Əfqanıstan, Bolqarıstan, Hindistan və Monqolustanda arxeoloji qazıntılarda iştirak edib. O, 1969-cu ildən 2010-cu ilədək qədim Mesopotamiya abidələrini tədqiq edən ilk Sovet-Rusiya arxeoloji ekspedisiyasının rəhbəri olub.

R.Munçayev son illər 5 dəfə (2011, 2012, 2013-cü illərdə və 2016-cı ildə iki dəfə) Azərbaycana gəlib, burada keçirilən beynəlxalq konfranslarda və digər elmi tədbirlərdə iştirak edib, arxeoloji abidələrdə aparılan qazıntılarla yaxından tanış olub.

O, elmi fəaliyyətinə görə Rusiyanın bir sıra mükafatlarına layiq görülüb.