DİQQƏT: Azərbaycanda karantin sərtləşdiriləcək - Səbəbi isə...

 14:54 06.07.2021     577

"İnsanlar unutmamalıdırlar ki, vəziyyət qəlizləşə və karantin qaydaları sərtləşdirilə bilər”.

Redaktor.az xəbər verir ki, bu sözləri açıqlamasında tibb elmlər doktoru, professor Adil Qeybulla deyib.

O, bildirib ki, epidemioloji vəziyyət pisləşərsə, təmasların məhdudlaşdırılması məsələsi önə çıxacaq:

"Qonşu ölkələrdə "Delta” ştammının yayılması varsa, təbii ki, Azərbaycanda da olması qaçılmazdır. Bu baxımdan biz bütün sürprizlərə və profilaktik tədbirlərə hazır olmalıyıq. Hazırda bilirik ki, sosial həyatın ayrı-ayrı sahələrində yumşalmalar var, toylara icazə verilib, idman zalları, çimərliklər açılıb. Amma insanlar unutmamalıdırlar ki, pandemiya hələ bitməyib. Yaxşı olar ki, toyların qapalı mühitdə keçirilməsindən daha çox şadlıq evlərinin həyətində və ya xüsusi ayırılmış yerlərdə axşamüstü sərin havada keçirilməsi çox məqsədəuyğun olar.

Professor qeyd edib ki, vəziyyət qəlizləşsə, yenidən qapanmalara gediləcək: "İkinci tərəfdən də əgər vəziyyət bu şəkildə davam edərsə, epidemioloji vəziyyət də pisləşərsə, bu zaman hesab edirəm ki, xəstəliyin geniş yayılmaması üçün, xeyli insanın yoluxmaması üçün təmasların məhdudlaşdırılması məsələsi önə çıxır. Bu da xüsusilə qapalı mühitdə karantin davranışlarının tam həyata keçirilməsini tələb edir. İnsanlar unutmamalıdırlar ki, situasiya qəlizləşə də bilər və müəyyən karantin qaydaları sərtləşə də bilər”. //Azxeber.com