"AZGRANATA" əməkdaşı Moldova mediasına müsahibə verib

 14:37 06.07.2021     752

Moldovanın Azərbaycandakı müvəqqəti vəkili Nikolay Kojuhar növbəti dəfə "AZGRANATA" MMC-də olub.

Redaktor.az  xəbər verir ki, Azərbaycan Respublikası və Moldova Respublikası arasında dostluq və əməkdaşlıq məsələləri, həmçinin, Azərbaycanda yaşayan moldovanların həyat tərzi, ölkəmizə inteqrasiyası, iş imkanları barədə müzakirələr aparılıb.

Görüşdə Moldovanın Birinci kanalının əməkdaşları da iştirak edib. Kanalın müxbiri ölkəmizdə yaşayan moldovanların həyat və iş imkanları barədə reportajında "AZGRANATA" MMC-nin alkoqollu içkilərin istehsalı üzrə istehsalat mühəndisi Viktor Bankovla həmsöhbət olub. V.Bankov Azərbaycan və buradakı iş həyatı barədə təəssüratlarını bölüşüb. Həmçinin Alkoqollu içkilər üzrə istehsalat müdiri Yusif Ləzgiyev də V.Bankovun zavoddakı fəaliyyətindən danışıb.

"AZGRANATA" MMC xarici mütəxəssislərin təcrübələrindən istifadəyə geniş yer verdiyi vurğulanıb.