Saatlının içməli su təchizatı yaxşılaşdırılır - FOTO

 15:52 06.07.2021     164

Prezident İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq “Azərsu” ASC Saatlı rayonunun içməli su çatışmazlığından əziyyət çəkən yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması məqsədilə yeni layihə həyata keçirir.

Redaktor.az quruma istinadən xəbər verir ki, layihə Nəriman Nərimanov kəndi və kəndin yaxınlığında yerləşən məcburi köçkün qəsəbəsinin dayanıqlı və keyfiyyətli içməli su təminatlna hesablanıb.

Nəriman Nərimanov kəndində içməli su təchizatı sistemləri mövcud olmadığından sakinlər uzun illər Araz çayından ayrılan suvarma kanalları və arxların suyundan istifadə edib. Kəndin yaxınlığındakı məcburi köçkün qəsəbəsində isə mərkəzləşmiş əbəkə mövcud olsa da içməli su Araz çayından götürülüb duruldularaq verilirdi. Yay aylarında quraqlıqla əlaqədar kənd və qəsəbənin su təchizatında ciddi çətinliklər yaranırdı.

Nəriman Nərimanov kəndi və 101 ailənin məskunlaşdığı məcburi köçkün qəsəbəsinin keyfiyyətli içməli su ilə təmin edilməsi məqsədilə “Azərsu” yun daxili imkanları hesabına yeni layihə həyata keçirilir. Layihəyə əsasən, yaşayış məntəqələrinə içməli su təchizatı Saatlı-Sabirabad qrup su kəməri ilə Kür Sutəmizləyici Qurğuları hesabına aparılacaq. Bu məqsədlə Saatlı şəhərindəki mərkəzi su anbarından Nərimanov kəndinə qədər 5 km uzunluğunda magistral su kəməri çəkilib. Hazırda kənd ərazisində 5,5 km uzunluğunda paylayıcı şəbəkəsinin tikintisi davam etdirilir. Nərimanov kəndində əhalinin ümumi istifadəsi üçün 17 bulağın quraşdırılması layihələndirilib. Yeni çəkilmiş magistral kəmərdən məcburi köçkün qəsəbəsinə çıxış verilib və 1 km uzunluğunda birləşdirici xətt inşa olunub.

Tikinti-quraşdırma işlərinin yaxın vaxtlarda başa çatdırılması nəzərdə tutulur. Ümumilikdə bu layihə hesabına 2 minədək sakinin keyfiyyətli içməli suya çıxışı təmin olunacaq. Saatlı-Sabirabad qrup su kəmərindən Saatlı və Sabirabad şəhərləri ilə yanaşı, magistral xəttin marşrutu boyunca yerləşən 30-a qədər kəndə də su verilir.

222