“Lider’’in əməkdaşlarına təzminat ödəniləcəkmi?

 03:07 07.07.2021     154

Fəaliyyəti dayandırılan Lider TV-nin əməkdaşları onlara təzminat verilmədiyini bildirirlər.

Redaktor.az xəbər verir ki, əməkdaşların bir neçəsi qeyd ediblər ki, telekanalın bağlanmasından bir aydan çox vaxt keçsə də, onlara qanunvericilikdə nəzərdə tutulan təzminat hələ də ödənilməyib.

"Lider" telekanalının ləğv olunma proseduru üçün inzibatçı təyin edilən Mikayıl Abbasov bildirib ki, məhkəmənin qərarı ilə Lider TV-yə məxsus olan avadanlıqlar satışa çıxarılıb:

Hazırda məhkəmənin qərarı icra olunur. Yalnız avadanlıqlar satıldıqdan sonra əldə olunan vəsait hesabına təzminatlar və digər borclar ödəniləcək". //Sherg.az.