Azərbaycan-Ermənistan sərhədində yanğın baş verib

 23:04 06.07.2021     251

Azərbaycan-Ermənistan sərhədində yanğın başlayıb.

Redaktor.az xəbər verir ki, Ermənistanla Qazax rayon sərhədində düşmən quru ot sahələrinə alov vurub. Qaymaqlı kəndinlə sərhəd olan ərazidə baş verən yanğının kənd ərazisinə keçməməsi üçün 3 yanğınsöndürən maşınlar cəlb olunub.

Qeyd edək ki, Azərbaycan tərəfdəki əraziyə yaxın yaşayış evləri yoxdur. //Report.az.

Vumart və Güvən reklamı Vumart Güvən