Buzovnada çətənə kolu və marixuana aşkar edilib

 15:11 07.07.2021     1778

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Xəzər rayonu ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Buzovna qəsəbə sakini E.Təhməzovun həyətyanı sahəsinə baxış keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, baxış zamanı həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilən 22 çətənə kolu və 265 qram marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.