Bakının bu hissəsinə qazın verilişi dayandırılıb

 15:29 07.07.2021     277

Paytaxtın Yasamal rayonunun bir hissəsində, Elmlər Akademiyası metrostansiyası ətrafındakı binalara təbii qazın verilməsi müvəqqəti dayandırılıb.

"Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi Ceyhun Səfərov Trend-ə açıqlamasında bildirib ki, qazın verilişi təmir işləri ilə əlaqədar dayandırılıb:

"Ərazidə 225 millimetr diametrində olan yeni polietilen qaz xəttinin mənbəyə qoşulma işləri aparılır. Əgər işlər qaydasında davam edərsə, 17:00-dək işlərin yekunlaşdırılması və qazın verilişinin bərpası nəzərdə tutulub". 

Vumart və Güvən reklamı Vumart Güvən