Nərimanov rayonunda qazilərlə görüşlər keçirilib - FOTO

 18:00 07.07.2021     446

Nərimanov Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Rayon Gənclər və İdman İdarəsinin, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının birgə təşkilatçılığı ilə Nərimanov rayonunda Vətən müharibəsi qazilərinin bir qrupu ilə görüşlər keçirilib.

Redaktor.az Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, Vətən müharibəsi qaziləri Arif Hacıyev, Ələmdar Mövsümov, Rauf Abdullayev və Cəlal Əlişli ilə görüşlərdə onlara mənəvi dəstək, hüquqi məsləhət, gənclərin paralimpiya hərəkatına cəlb olunmaları, qaziləri maraqlandıran sualların müvafiq qurumlara çatdırılma işində dəstəyin göstərilməsi məsələləri müzakirə edilib. Həmçinin qazilərin Azərbaycanda keçirilməsi planlaşdırılan qılıncoynatma üzrə “Zəfər Kuboku”na cəlb edilmələri nəzərdə tutulub.

Söhbət zamanı diqqətə çatdırılıb ki, dövlətimiz şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərir və vətəndaşlarımızın sosial müdafiəsi daim gücləndirilir.

Qazilərimiz Arif Hacıyev, Ələmdar Mövsümov, Cəlal Əlişli, Rauf Abdullayev göstərilən diqqətə görə dövlətə və xalqa minnətdarlıq edərək, Vətənin ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşməyə hər an hazır olduqlarını, xalqın diqqətini və ehtiramını həmişə hiss etdiklərini və bundan şərəf duyduqlarını söyləyiblər.

222222