Bakının bu ünvanlarında tıxac var - SİYAHI

 10:05 08.07.2021     150

Bakının əsas küçə və prospektlərində avtomobil sıxlığı var.

Redaktor.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.

Hazırda tıxac olan yolların siyahısını təqdim edirik:

Bakı-Sumqayıt şosesi – Xırdalan dairəsindən istiqamətindən başlayaraq 20 Yanvar dairəsi istiqaməti;

Binəqədi şosesi – əsasən Biləcəri-Baksol yolu ilə kəsişməyə qədər, şəhər istiqamətində;

Babək prospekti – Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində;

Qara Qarayev prospekti – Koroğlu metro stansiyası istiqamətində;

Zabrat şosesi – Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra Heydər Əliyev prospekti istiqamətində;

Mikayıl Əliyev küçəsi – Heydər Əliyev prospekti, köməkçi yol istiqamətində;

Yavər Əliyev küçəsi – Aeroport şossesinə çıxan yol.