Bayram Səfərovun oğluna yeni vəzifə verildi - FOTO

 12:53 08.07.2021     346

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun oğlu, polis polkovnik-leytenantı Xəlil Səfərova yeni vəzifə verilib.

Redaktor.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Xəlil Səfərov Baş Mühafizə İdarəsinin mühafizə hissə rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, o, bir müddət öncə Xətai RPİ-nin 34-cü Polis Şöbəsinin rəisi vəzifəsindən azad olunmuşdu. //Unikal.or

2