Azərbaycanda "Delta" virusu: Yeni qadağalar başlayır? - AÇIQLAMA

 09:37 09.07.2021     1715

Koronavirusun mutasiyaya uğramış yeni növü "Delta" ştammı dünyada sürətlə yayılmaqdadır. Bu ölkələr arasında Azərbaycanın qonşuları Türkiyə, İran, Rusiya  və Gürcüstan da var.

Bəs virusun Azərbaycanda da yayılmaq təhlükəsi varmı? Hansı önləyici tədbirlər görülməlidir?

Mövzu ilə bağlı Redaktor.az-ın suallarını Tibb Universitetinin Tədris Terapevtik Klinikasının şöbə müdiri, radioloq-həkim Aydın Əliyev cavablayıb. O bildirib ki, ciddi qapanmalara ehtiyac yoxdur:

“Düzdür, "Delta" virusu qonşu ölkələrdə yayılıb. Amma Azərbycan üçün ciddi təhülkə gözləmirəm. Qonşu ölkələrlə müqayisədə bizdə vaksinasiya prosesi daha sürətlidir. COVID-19 vaksinləri "Delta" ştammına qarşı 50 faizdən çox effektivdir. Ona görə də ciddi yoluxma halları müşahidə edilməyəcək. Belə olan təqdirdə qapanmalara da ehtiyac qalmayacaq. Amma ümumilikdə hər kəs ehtiyatlı davranmalı, daha əvvəl tələb edilən qaydalara əməl etməlidir”.

Şəbnəm Mehdizadə